"O qədər gel vururlar ki, əriyəndə bığları əyilir"

"O qədər gel vururlar ki, əriyəndə bığları əyilir"
2204 dəfə oxunub
  • A-
  • A
  • A+
"Şou biznesdəki kişilərin hamısı bığ saxlasın. Saqqal yox, hamısı bığ. Estafet keçirsinlər. Yaraşdı, yaraşmadı bir-birinə ötürsünlər. Əsl bığa layiq kişilər azərbaycanlı kişilərdir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "ATV maqazin onlarla" proqramında deyib. Müğənni şou-biznesdəki kişilərə səslənib:

"Eyyub Yaqubovun bığı xoşuma gəlir. Qəşəng bığı var. Xoşlayıram ki, kişi kobud, xasiyyəti yumuşaq olsun. Mənim üçün maraqlıdır Nadir Qafarzadə. Arada saxladı və dəyişdi. Şou-biznesdəkilərin bəzisi bığ saxlayır, mənasını bilmir".

Seyidcahan estetik əməliyyat etdirən müğənniləri lağa qoyub:

"Niyə özlərinə belə əlq atıblar. Üzlərinə, dodaqlarına, burnuna gel doldurub, çənəni uzadırlar. Sonra da gel əriyir bığ əyilir. İndi müğənnilərə baxıram, oxumasalar tanımıram. Deyirəm, niyə özlərinə belə əl qatıblar, nə baş verir?".