Türkiyə Ramazanda karantin rejimini qismən sərtləşdirir

Türkiyə Ramazanda karantin rejimini qismən sərtləşdirir
708 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronovirus pandemiyası səbəbindən Ramazanın ilk 2 həftəsində karantin rejiminin qismən sərtləşdiriləcəyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə prezident Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.

O bildirib ki, sabahdan etibarən həftəiçi küçəyə çıxmaq qadağası axşam saat 19:00-dan səhər saat 05:00-dək tətbiq olunacaq. Həftəsonu küçəyə çıxmaq qadağası isə qüvvədə qalacaq.

Ölkə ərazisindəki restoran və kafelər yalnız sifariş əsasında, 50 faiz həcmində və müəyyənləşdirilmiş qaydalar çərçivəsində xidmət göstərəcək. Onların fəaliyyəti Ramazan bayramından sonra bərpa ediləcək. Türkiyədə imsaq və iftar təşkil olunması qadağan olacaq. Şəhərlərarası səyahətlərə isə icazə verilməyəcək.

Rəcəb Tayyib Ərdoğan onu da qeyd edib ki, koronovirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan qadağalara əməl olunmazsa, qaydalar daha da sərtləşdiriləcək.