"Niyaməddin Musayev xəstəxanaya ağır formada aparılıb"

"Niyaməddin Musayev xəstəxanaya ağır formada aparılıb"
4156 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədova Niyaməddin Musayevin xəstəxanaya ağır formada aparılmasından bəhs edib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda İnstaqram profilində yazıb. O bildirib ki, koronavirusa yoluxan N.Musayevin səhhəti pis imiş:

"30 illik sənət dostum, sənətkar, həqiqi insan, əsil dost Niyaməddin Musayev 5 gündürkü Merkəzi Neftçilər Xəstəxanasına Covid-19 xəstəliyi ilə ağır formada yerləş̧dirilib. Çox şükür, göydə Allahın, yerdə həkimlərin köməkliyi ilə Niyaməddin Musayev dünəndən özünü yaxşı hiss etməyə başlayıb. Sənətkar, tez sağal. Birlikdə verilişlərdə iştirak etməliyik. Allah Niyaməddin müəllimin simasında bütün sənətkarlarımızı qorusun. Özümüzü və yaxınlarımızı qoruyaq. Xəstə olanda evi tərk etməyək. Qaydalara tabe olaq. Hər bir qayda bizim sağlamlığımız üçündür".