Yeni serial bu tarixdə başlayır

Yeni serial bu tarixdə başlayır
2081 dəfə oxunub
  • A-
  • A
  • A+

Baş rollarında aktyorlar Erdal Beşikçioğlu və Nur Fettahoğlunun çəkildiyi  “Kağıt ev” serialının yayım tarixi bəlli olub.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, maraqlı aktyor heyəti və ssenarisi ilə diqqət çəkən ekran işinin ilk bölümü “Star TV”də aprelin 19-da nümayiş olunacaq.

Qeyd edək ki, rejissoru Şenol Sönmez olan serialda bir ailənin həyat hekayəsindən bəhs edilir. Ekran işində Erdal Cihan Fırtına, Nur isə Aylin Fırtına obrazına həyat verir. Serialın digər rollarında Tuvana Türkay, Nihal Koldaş, Can Nergis kimi aktyorlar da çəkiliblər.