Koronavirusdan sağalanlar oruc tuta bilər?

Koronavirusdan sağalanlar oruc tuta bilər?
1550 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən il olduğu kimi bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf etdi. Cəmiyyətdə virusa yoluxma halları kütləviləşdiyindən indi insanları bir sual düşündürür: "Koronavirusdan sağalanlar oruc tuta bilər?".

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əgər şəxs bir il əvvəl virusa yoluxub və artıq sağalıbsa, bu zaman oruc tuta bilər. Belə olan halda, bədən bütün zərərli maddələrdən, o cümlədən Covid-19-a qarşı istifadə edilən dərmanlardan təmizlənmiş olur.

Lakin əgər şəxs 1 ay əvvəl virusa yoluxub və sağalıbsa, yaxud da yüngül keçirirsə, bu zaman ona oruc tutmaq olmaz. Buna görə də mütləq oruc tutmazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Koronavirusa 3 ay əvvəl yoluxub sağalanlara da oruc tutmaq tövsiyyə edilmir. Çünki bəzi xəstələr müalicələrini yüngül də olsa davam etdirirlər. Oruc tutan zaman bədən yüksək miqdarda kalori itirir. Bu kalorinin itməsi isə virusa asanlıqla yoluxmağa şərait yaradır.

Mütəxəssislər immun sistemi zəif olanlarda Covid-19-a tez yoluxma halı baş verdiyindən onlara da oruc tutmağı məsləhət görmürlər.