Türkiyədə yoluxanların sayı 4 milyonu ötdü

Türkiyədə yoluxanların sayı 4 milyonu ötdü
301 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 279 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 62 797 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 55 413 nəfər sağalıb, ağır xəstə sayı isə 3 018 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 4 025 557 3 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 480 146 nəfər sağalıb, 34 734 nəfər isə ölüb.