"Evə buraxılmamışam, hələ də xəstəxanadayam"

"Evə buraxılmamışam, hələ də xəstəxanadayam"
1092 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Niyaməddin Musayev hələ də xəstəxanada olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, bu haqda müğənni aparıcı Mətanət Əliverdiyevanın "6/8 axşam şousu"na telefonla zəng edərək deyib. O bildirib ki, xəstəxana onunla bağlı yalan açıqlama yayıb:

"Hələ də xəstəxanadayam. Evə buraxılmamışam. Yalandır. Məni gah öldürdülər, gah diriltdilər".

Qeyd edək ki, N.Musayev koronavirusa yoluxub. O, Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdirilib.