Azərbaycanda da çəkilən "Forsaj 9" bu tarixdə təqdim olunacaq - Video

Azərbaycanda da çəkilən "Forsaj 9" bu tarixdə təqdim olunacaq - Video
1821 dəfə oxunub
  • A-
  • A
  • A+

Aksiyon və macəra dolu "Forsaj 9" filminin premyerası koronavirus səbəbilə bir neçə dəfə təxirə salınıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işinin təqdim olunacaq 9-cu hissəsində Azərbaycandanda da lentə alınan kadrlar var.

Dünyanın London, Tokio, Edinburq kimi şəhərlərində ekranlaşdırılan filmdə dar küçə səhnələrinin bəziləri ölkəmizdə, bəziləri isə Gürcüstanda çəkilib.

Ekran əsərinin dünya premyerası iyunun 17-nə planlaşdırılıb. Rusiyada isə bir ay əvvəl mayın 20-də nümayiş olunacaq. 

Qeyd edək ki, bu, ekran işindəki ilk Azərbaycanda lentə alınan səhnələr olmayacaq. Belə ki, filmin 7-ci hissəsində də bəzi kadrlar ölkəmizdə çəkilmişdi.