Aktrisanı iflic edən klinika 50 milyon ödədi - Foto

Aktrisanı iflic edən klinika 50 milyon ödədi - Foto
2872 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa-model Şantel Cakalonenin ailəsinə külli miqdarda təzminat ödənilib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, allergiyası olduğu üçün müalicə alan Şantelin yalnış diaqnoz səbəbilə beyni zədələnib və iflic olub. Bu haqda onun vəkili Kristian Morris bildirib.

Bundan sonra həmin xəstəxana məhkəməyə verilərək təzminat tələb edilib. Klinika rəhbərliyi Cakalonenin ailəsinə 29 milyon 500 min dollar (50 milyon 900 min manat) təzminat ödəyib.

Hazırda Şantelin bir boru ilə qidalandığı və yalnız gözləri ilə əlaqə qurmaq mümkün olduğunu bildirilib.