Sabahdan bu avtobusların hərəkət sxemi dəyişdirilir

Sabahdan bu avtobusların hərəkət sxemi dəyişdirilir
1337 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Axşam.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki,  M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən:

51 və 57 nömrəli marşrutlar:

- X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi;

M1, M2, M6, 43  nömrəli  marşrutlar:

- “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104  nömrəli müntəzəm  marşrut - “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə;

11  nömrəli müntəzəm  marşrut - Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Xudu Məmmədov küçəsi  - İlqar Zülfüqarov küçəsi üzrə hərəkəti müəyyən edilib.