Ayrıldıqlarını təsdiqlədilər

Ayrıldıqlarını təsdiqlədilər
1045 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur müğənni Cennifer Lopez idmançı nişanlısı Aleks Rodrigezdən ayrıldığını təsdiqləyib.

Axşam.az xəbər verir ki, cütlüyün bu barədə birgə açıqlaması "Today" nəşrində yayımlanıb.

Dörd il münasibətdə olan sevgililər dost kimi ayrıldıqlarını bildirib:

"Biz başa düşdük ki, dost qalmağımız daha yaxşıdır. Çox ümid edirik ki, səmimi münasibətimizi saxlaya biləcəyik. Birgə işləməyə davam edəcəyik və ümumi layihələrdə biri-birimizə dəstək olacağıq. Uşaqlarımıza və özümüzə hər şeyin ən yaxşısını arzulayırıq".

Qeyd edək ki, Aleksin realiti-şou ulduzu Medison Lekroyla gizli eşq yaşadığı iddia edilir. Bir müddət əvvəl evlənmək istəyən Cennifer və keçmiş sevgilisinin toyu isə pandemiyaya görə 2 dəfə təxirə salınmışdı.