“Masumlar apartmanı”na geri qayıdır - Foto

“Masumlar apartmanı”na geri qayıdır - Foto
2115 dəfə oxunub
  • A-
  • A
  • A+

“TRT” kanalında yayımlanan “Masumlar apartmanı” serialına aktyor Tansel Ögel geri qayıtmaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, “Naci” obrazına həyat verən aktyorun bir müddət əvvəl ekran işindən ayrılması izləyicilərin qəzəbinə səbəb olmuşdu. Prodüserlər istəkləri nəzərə alaraq aktyora yenidən seriala daxil olmağını təklif ediblər. Təkliflə razılaşan T.Ögelin “Masumlar apartmanı”na nə zaman daxil olacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, ekran işinin baş rollarını Merve Dizdar, Ezgi Mola, Farah Zeynep Abdullah və Birkan Sokullu paylaşır.