Onlar bu səbəbdən ayrılıblar

Onlar bu səbəbdən ayrılıblar
2171 dəfə oxunub
  • A-
  • A
  • A+

4 illik eşq münasibətlərinə son qoyaraq ayrılan müğənni Cennifer Lopezlə nişanlısı Aleks Rodriqez olduqca böyük müzakirələrə səbəb olublar.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, bu dəfə cütlüyün ayrılıq səbəbi bəlli olub. Belə ki, Rodriqez “Minnesota Timberwolves” basketbol komandasına şərik olub.

Aleks komandaya ortaq olduğu üçün tez-tez Minnesotaya gedib gəlməli olacaqdı. Sevgilisinin ondan ayrılmaması üçün Lopez, Las Veqasda bu komandanın yeni mərkəzini açmaq istəsə də Rodriqez  onunla razılaşmayıb.

Buna görə də cütlük, həyat yollarını bir dəfəlik ayırmaq qərarına gəlib.