Röyanın Aygün Kazımova ilə bağlı arzusu

Röyanın Aygün Kazımova ilə bağlı arzusu
11518 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Röya Ayxan illərlə danışmadığı Aygün Kazımova ilə duet oxumaq istədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "ATV maqazin onlarla" proqramında deyib. O bildirib ki, şou-biznesin üç məşhur xanımı ilə duet oxumaq istəyir:

"Aygün Kazımova, Tünzalə Ağayeva və Zülfiyyə Xanbabayeva ilə uğurlu duetimiz olar. Üçü də ayrı-ayrı xasiyyətdə xanımlardır. Onların hər birinin sənət dünyasında özümü görə bilirəm. İnanıram ki, onlarla maraqlı bir əsərlər ərsəyə gələ bilər: şou, sallanmaq, göydən tullanmaq, yıxılmaq. Xanımlarla duetim olmayıb".