Oğlu Arif Quliyevin səhhətindən danışdı

Oğlu Arif Quliyevin səhhətindən danışdı
3007 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

Bu haqda Axşam.az-a açıqlamasında aktyorun oğlu Rövşən Quliyev deyib. O bildirib ki, A.Quliyev hələ də reanimasiyadadır:

"Heç bir irəliləyiş yoxdur. Dua edirik və sağalmasını gözləyirik. Arif Quliyev EKMO cihaza qoşulub. Hələ də ağırdır".

Qeyd edək ki, aktyor koronavirusa yoluxub. Həkimlər onun ağ ciyərinin 99 faizinin zədələndiyini bildirib.