Yalnız bu şərtlə ekranlara qayıdacaq

Yalnız bu şərtlə ekranlara qayıdacaq
1393 dəfə oxunub
  • A-
  • A
  • A+

"Möhtəşəm yüz il" serialı ilə məşhurlaşan aktrisa Məryəm Uzərli uzun müddətdir heç bir layihədə yer almır və bütün vaxtını övladları ilə keçirir.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi təklifləri dəyərləndirmək qərarına gəlib. Tükənmişlik sindromuna tutulduğu üçün ekranlardan uzaqlaşan Məryəm bu dəfə müxtəlif tələblər irəli sürüb.

Aktrisa şərtlərini qəbul edəcək şirkətlə razılaşacağını bildirib. Almaniyada yaşayan Üzərli koronavirusa görə tez-tez təyyarəyə minmək istəmədiyi üçün oteldə də qalmayacağını deyib. O, ailəsi ilə birlikdə qala biləcəyi, içərisində əşyaları olan ev kirayələnməsini tələb edib.

Dayəsi olmayan sənətçi qızları Lara ve Lili Koiyə sevgilisi ilə birlikdə baxır. O, uşaqlarına baxmaq üçün iş saatının az olmasını və dayə tutulmasını da istəkləri sırasına daxil edib.