Repçinin 2 həftəlik övladı öldü

Repçinin 2 həftəlik övladı öldü
2834 dəfə oxunub
  • A-
  • A
  • A+

"Murda" adıyla tanınan məşhur repçi Önder Doğanın aprelin 20-də dünyaya gələn qızı vəfat edib.

Axşam.az xəbər verir ki, bunla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib. "O səs Türkiyə rep" yarışmasında münsif kürsüsündə oturan Önder qızı Dua Ayla Doğanla fotosunu yayımlayıb.

O, "Hardan başlayıb nə deyəcəyimi bilmirəm. Gözəl qızım, sən artıq bizim qoruyucu mələyimizsən. Səbəbini hələ bilmirəm, amma yəqin ki, Allahın sənə ehtiyacı varmış. Çox üzüldüm. Hər gün qəlbim və ruhum ağlıyır. Son nəfəsini yanımızda verdin, gedişinlə məndən bir parça götürdün. Mənim üçün səndən əvvəlki həyatım var idi, indi də səndən sonra oldu. Necə edəcəyimi bilmirəm. Həyat necə davam etsin? Səni öpdüm, amma bəs etmədi. Hər şey çox tez baş verdi. Hər zaman ürəyimdə, ağlımda olacaqsan" deyə, paylaşımına yazıb.