İftarda hazırlaya bilərsiniz...

İftarda hazırlaya bilərsiniz...
1135 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar süfrəsi üçün maraqlı reseptlər təqdim edir:

Kremli göbələk şorbası

Ərzaqlar:
500 qr. göbələk
2 xörək qaşığı kərə yağı və 2 diş sarımsaq
2 yemək qaşığı un
4 stəkan su
200 ml. qaymaq
Duz, qaraistiot, keşniş

Hazırlanması:

Göbələkləri yuyub, doğrayıb, kərə yağında qızardın. Xırda doğranmış un və sarımsağı əlavə edib qovurun. Düyünlənməməsi üçün qarışdırmağa davam edin. Az-az suyu töküb, duz, istiot əlavə edib bişirin. Sonda qaymağı tökün və 7 dəqiqə qaynadın. Süfrəyə verərəkən üzərinə xırda doğranmış keşnişi əlavə edin.

İmambayıldı
 
Ərzaq:
Badımcan – 5 ədəd
Soğan – 3 ədəd
Doğranmış pomidor – 3 ədəd
Doğranmış bibər – 3 ədəd
Sarımsaq – 3 diş
Cəfəri – 1 dəstə
Zeytun yağı, duz və istiot
Qənd – 1 ədəd
 
Hazırlanması:
Badımcanların qabığını təmizləyib, ortalarını azca kəsib (badımcan dolmasındakı kimi), duzlu suda yarım saat saxla. Badımcanların suyunu sıxdıqdan sonra yağda qızart. Sonra qalan yağda xırda doğranmış soğanı azca qızart. Üzərinə xırda doğranmış pomidor, bibər, duz və istiot töküb, 15 dəqiqə vam odda bişir. Hazır olduqdan sonra üzərinə cəfərini və qəndi əlavə et. Qarışığı badımcanların içərisinə doldurub, qaba qoy. Üzərinə 1,5 stəkan su və bir az yağ töküb bişir. Süfrəyə soyuq halda verilir.

Kök keksi

Tərkibi:

6 əd böyük ölçülü kök

10 əd xurma

3 x/q aqava siropu

2 x/q yulaf əzməsi

2 x/q kətan toxumu

1 ç/q qoz ləpəsi

1 x/q darçın

Üzəri üçün:

2 x/q rəndələnmiş kokos.

Hazırlanma qaydası:

Köklərin qabıqlarını təmizləyin, iri dilimlərə bölün. Xurmaların tumlarını çıxarıb kiçik parçalara ayırın. Qoz ləpələrini kiçik parçalara bölün. Daha sonra bütün məhsulları birləşdirin. Üzərinə yulaf əzməsi, aqave siropu və darçını da əlavə edin və bütün məhsulları yaxşıca qarışdırın. Hazırladığınız qarışımı istədiyiniz qəliblərə yerləşdirib 10 dəqiqə soyuducuda saxlayın.