"Koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxdum"

"Koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxdum"
2153 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nahidə Orucova koronovirus infeksiyasından sağalıb.

Axşam.az xəbər verir ki, aktrisa "Bizimləsən" proqramında açıqlaması ilə hər kəsi təəccübləndirib. O bildirib ki, virusa Əməkdar artist Firuzə İbadovanın anasının yasında yoluxub:

"Orta ağır keçirdim. Evdə mülaicə alırdım, qəfildən pisləşdim. Boğulma, öskürək oldu. Firuzə İbadovanın anasının yasına getdim, nə edim çörək kəsmişik. Orada bir musiqiçi qadın koronovirus idi - qarmon ifaçısı Xurma. Hamını yoluxdurdu. Özü indi rəhmətə gedib. Yasdan iki-üç sonra virusun simptomlarını hiss etdim. O qadın mənə yaxınlaşdı, öpdü, foto çəkdirdi. Xəstəlikdən bir həftə sonra dünyasını dəyişdi".