8 və 16 mayda ictimai nəqliyyat işləyəcək?

8 və 16 mayda ictimai nəqliyyat işləyəcək?
1633 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, bu haqda BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya açıqlamasında deyib. O bildirib ki, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir.

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Qeyd edək ki, mayın 9-u saat 00.00-dan mayın 16-sı saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.