Ürək-damar xəstəlikləri olanlar da peyvənd etdirə bilər

Ürək-damar xəstəlikləri olanlar da peyvənd etdirə bilər
355 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil”.

Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Baş kardioloqu Yusif Nağıyev bildirib. O qeyd edib ki, bu gün ürək-damar xəstəlikləri (ÜDX) olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir:

“Xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin “COVID-19”a yoluxması mövcud aterosklerotik piləyin cırılmasının yüksək riski səbəbindən miyokard infarktının inkişafı ilə xəstəliyin gedişatını ağırlaşdırır. Bu, yoluxmuş xəstələrin ölüm riskini artırır. Öncədən ürəyin tac damarlarında invaziv və ya cərrahi əməliyyat olunmuş “COVID-19” xəstələrində stent və şuntların trombozu riski artır. Bu səbəbdən ÜDX olan xəstələr yüksək risk qrupu hesab edilməlidir”.