Koronavirusun qurbanı oldular - Fotolar

Koronavirusun qurbanı oldular - Fotolar
3303 dəfə oxunub
  • A-
  • A
  • A+
Artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus infeksiyası Azərbaycandan da yan keçməyib. Saysız insanların ölümünə səbəb olan Covid-19-un qurbanları arasında sənət aləminin tanınmış simaları da yer alıblar.

Axşam.az koronovirus infeksiyasından dünyasını dəyişən məşhurları təqdim edir:

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) qaraciyər problemi ilə xəstəxanaya yerləşdirilsə də Covid-19-un qurbanı olub. Gitara ifaçısı aprelin 4-də xəstəxanada dünyasını dəyişib.

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub və bir neçə gün əvvəl dünyasını dəyişib. Müğənni vəziyyəti ağır olsa da xəstəxanaya getməkdən qorxub. Evində müalicə alan Əşrəfovun səhhəti getdikcə ağırlaşıb və onu xilas etmək mümkün olmayıb.

Xalq artisti Teymur Mustafayev (Teymur əmi) ötən ilin iyununda dünyasını dəyişib. Xanəndənin koronavirus infeksiyasından vəfat etdiyi açıqlanıb.

 

Xalq artisti Sabir Əliyev də 72 yaşında koronavirusdan vəfat edib. Uzun müddət xəstəxanada müalicə olunmasına baxmayaraq, həkimlər onu xilas edə bilməyiblər.  

Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev 73 yaşında vəfat edib. Tarzən koronavirus infeksiyasına yoluxub, xəstəxanaya yerləşdirilsə də həkimlər onu xilas edə bilməyib. Daha sonra məlum olub ki, mərhumun özündən əvvəl qızı, həyat yoldaşı da Covid-19-un qurbanı olub. Bir müddət sonra isə S.Mustafayevin ikinci qızı və qudası da virusdan dünyasını dəyişib.

 

Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib. Onun koronavirusa yoluxduğu açıqlanıb.

Qarmon ifaçısı Nəbi Məmmədov da aprelin 14-də koronavirusdan vəfat edib. Nəbi virusa yoluxsa da xəstəxanaya gec gedib.

 

AzTV-nin kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19 infeksiyasından dünyasını dəyişib.

 

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib. Yaxınları onun koronavirus infeksiyasından dünyasını dəyişdiyini açıqlayıb.