Aslan Hüseynov vəfat etdi - Yenilənib

Aslan Hüseynov vəfat etdi - Yenilənib
7376 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Aslan Hüseynov vəfat edib.

Axşam.az xəbər verir ki, bu haqda Baku.TV məlumat yayıb. Bildirilib ki, sənətçi avtomobil qəzası keçirib. Yaralanan Aslan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Avtomobildə onun yanında olan digər şəxs də vəfat edib.

Qeyd edək ki, 55 yaşlı müğənninin 2 övladı var. Bir həftə əvvəl Aslanın anası da dünyasını dəyişmişdi.

****

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır:

“Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib”.

***

Daha sonra Baş Dövlət Yol Polisi İdarəsindən müğənni Aslan Hüseynovun qəzada vəfat etdiyi təsdiqlənib:

“Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Aslan Hüseynov vəfat edib”.