Sabah temperatur 31 dərəcə olacaq

Sabah temperatur 31 dərəcə olacaq
539 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə Axşam.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.