"Müharibə uşaqları valideynsiz qoyan amansız siyasətdir"

"Müharibə uşaqları valideynsiz qoyan amansız siyasətdir"
1362 dəfə oxunub
  • A-
  • A
  • A+
"Mən, yəhudi millətinin övladı olaraq müsəlman ölkəsi olan Azərbaycanda, çoxmillətli Bakı şəhərində doğulmuşam, böyümüşəm. Biz hamımız tək və yeganə Allahın bəndələri olaraq bütün dinlərin nümayəndələrinə hörmət və anlayış göstərərək yaşamışıq".

Axşam.az xəbər verir ki, bu szöləri müğənni Xəyyam Nisanov sosial şəbəkə paylaşımında yazıb. Sənətçi İsraillə Fələstin arasında yaşanan müharibədən bəhs edib.

"Minilliklər boyu yəhudilər, müsəlmanlar, xristianlar bir-biri ilə qonşuluq, dostluq münasibəti saxlayıb. Çünki Allah birdir! Yer üzündə həyat yalnız bu şəkildə davam edə bilər. Mən bütün müharibə və qarşıdurmaların əleyhinəyəm. Çünki müharibə insan tələfatıdır. Çünki müharibə uşaqları valideynsiz, valideynləri övladsız qoyan amansız siyasətdir. Bütün dünyada sülhün və barışın tərəfindəyəm" deyə, Xəyyam vurğulayıb.