Əzizə özündən 16 yaş kiçik sevgilisinə ərə gedir

Əzizə özündən 16 yaş kiçik sevgilisinə ərə gedir
2442 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan özbək müğənni Əzizə Məhəmmədova təxirə düşən toyunun hazırlıqlarına başlayıb.

Axşam.az xəbər verir ki, 57 yaşlı sənətçi özündən 16 yaş kiçik italyan sevgilisi Aleksandr Lorte ilə nikah masasına oturmağa hazırlaşır. Toy üçün restoran danışan Əzizə 15 milyon rubl xərcləyəcəyini bildirib.

Tanışlıqlarından söz açan ifaçı "Onlayn məktəb açdım. Estrada, vokal dərsləri deyirdim. 20 yaş yuxarı və hansısa bir musiqi alətində ifa etməyi bacaranlarla çalışırdım. Yazılanlar başlayanda isə tək Rusiyadan yox, İtaliyadan da maraq göstərənlər oldu. Beləcə, Aleksandrla tanış olduq. O, oxumaq haqda düşünmür. Yalnız mənim üçün oxuyur" sözlərini söyləyib.

Aziza ana olacağını da bildirib. Bunun üçün o, uyğun yumurtalıq donoru axtarışına çıxıb:

"Mənim qohumum var, o, donor olacaq. Biz birlikdə uşaq böyüdəcəyik".

Aleksandr Aziza ilə evlilik müqaviləsi də bağlayacaq. Onlar bir-birinin var-dövlətindən pay istəmədiklərini deyiblər.