Şəbnəm Vəfanı hədələdi: "Əlimdə öləcəksən"

Şəbnəm Vəfanı hədələdi: "Əlimdə öləcəksən"
4448 dəfə oxunub
  • A-
  • A
  • A+

"Fikrimcə bir nəfər mənimlə düşmənçilik aparır. Bu yolla gündəmə gəlmək istəyir. Susmağım o aciz bəndəni narahat edir. Amma artıq İnstaqramda deyil, üz-üzə görüşüb həddini bildirməyin vaxtıdır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu həmkarı Vəfa Şərifovanın ünvanına bildirib. Sənətçi qalmaqal yaşadığı ifaçını hədələyib:

"Başsız, sahibsiz qadına qadın demirlər. Qadında abır-həya yaxşı şeydir. O hər murdarlığa əl atır. Öz doğmamın üzərindən mənə söz atıb, gündəmə gəlmək istəyən, səninlə tezliklə görüşəcəyik. Sən "qaşındın", səni təkbətək "qaşımalı" olacam. Səbirli ol. Bu günə qədər yazığım gəldiyi üçün susdum. Amma sən həddini aşdın. Adama deyərlər, sən kimin dərdini çəkirsən? Cəsarətin varsa, çıx qarşıma.

Çoxu düşünür ki, onunla söhbətim kiminsə üstündədir. Yox, dostlar. Mənim həyat yoldaşım onu heç tanımır və üzünə də baxmaz. Burada söhbət hansısa kişidən getmir. Bunu "qaşındıran" başqa şey olmalıdır. Əl çək! Şeytan sifətini hamıya bildirdin. Bəsdir, əlimdə öləcəksən. Qaçma, çıx qarşıma".