“Mərkəz Lahmacun”un fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

“Mərkəz Lahmacun”un fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
1431 dəfə oxunub
  • A-
  • A
  • A+

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 61A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hilalov Sərvər Sərdar oğluna məxsus “Mərkəz Lahmacun” restoranında yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı aşkar olunub.

Axşam.az xəbər verir ki, eyni zamanda, işçilərin dövri tibbi müayinədən keçirilməsinə dair sənədlər yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.