Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "ATV maqazin onlarla" proqramında deyib. Müğənni şou-biznesdə yaşadığı qalmaqallardan danışıb.
Ağayeva "Eurovision" yarışmasını da tənqid edib:
"Peşəkar hər şeydə peşəkar olmalıdır. Gözəl insanın işi də gözəl olmalıdır. Bu yolun yolçusuyam. "Eurovision" mənim iştirak edəcəyim səhnə deyil. Orada yaradıcılıq yoxdur. Yaradıcılığımı bada verə bilmərəm. Ondansa Azərbaycanı daha yaxşı səhnələrdə təmsil etmişəm. Görmüşəm Patrisiya Kaas, Alla Puqaçova, Sərtab Ereneri... Patrisiya Kaas ilk dəfə səhnəyə çıxan cücə ilə müqayisə olunanda düşür o tərəfə. Onu arzulamamışam. Elə ölkələr var ilan-qurbağa göndərir. Başa düşmürsən adamdı, ya nədir".