Bukmeykerlər Samirəni finalda görmür

Bukmeykerlər Samirəni finalda görmür
3484 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək “Euorovision 2021” mahnı müsabiqəsində iştirak edəcək ölkələrlə bağlı bukmeykerlər növbəti dəfə proqnozlarını veriblər.

Axşam.az xəbər verir ki, bununla bağlı məlumat müsabiqənin rəsmi saytında yayımlanıb.

Bukmeykerlərin səs çoxluğu ilə bu dəfə İtaliya cədvələ başçılıq edir.

İkinci yerdə Fransa, 3-cü yerdə isə Malta qərarlaşıb.

Onların fikrincə isə Azərbaycanı təmsil edəcək müğənni Samirə Əfəndi müsabiqədə 21-ci yeri tutacaq.

Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2021” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 18-i və 20-də, final mərhələsi isə mayın 20-də "Ahoy Arena"da reallaşacaq.

“Eurovision-2021”-də təmsilçimiz Samirə Əfəndi mayın 18-də “Mata Hari” mahnısı ilə birinci yarımfinalda çıxış edəcək.