"Pandemiyada evimi və maşınımı satdım" - Bahar Lətifqızı

"Pandemiyada evimi və maşınımı satdım" - Bahar Lətifqızı
2683 dəfə oxunub
  • A-
  • A
  • A+
Pandemiya ərəfəsində maddi sıxıntı yaşayan sənətçilərdən biri də müğənni Bahar Lətifqızıdır.

Axşam.az xəbər verir ki, bu barədə B.Lətifqızı “MTV” kanalına açıqlamasında deyib. O, evini və avtomobilini satdığını bildirib:

“Pandemiyada evimin birini və maşınımı satdım. Burada ayıb heç nə yoxdur. Kiminsə malına göz tikməmişəm. Vaxtında almışdım, satıb, digər evimi təmir etdirdim, lazımi işlərimi gördüm. Azərbaycanda olmasa da, Moskvada toylara gedirəm. Ən böyük biznesim oxumağımdır”.