Türkiyədə yoluxma sayı azaldı

Türkiyədə yoluxma sayı azaldı
418 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 114 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 602 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 8 540 nəfər sağalıb, ağır xəstə sayı isə 1 219 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 270 299 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 139 993 nəfər sağalıb, 47 882 nəfər isə ölüb.