Sevgili olduqlarını yalanlamışdı, əl-ələ görüntüləndilər - Video

Sevgili olduqlarını yalanlamışdı, əl-ələ görüntüləndilər - Video
1461 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl türkiyəli aktrisa İlayda Alişan "Masumiyet" serialında birlikdə rol aldığı aktyor Serkay Tütünçü ilə sevgili olması haqda xəbərləri yalanlamışdı.

Axşam.az xəbər verir ki, cütlük ötən gün Bodrum küçələrində paparatsilərin hədəfinə tuş gəlib. Əl-ələ görüntülənən məşhurlar səmimi davranışları ilə diqqət çəkiblər.

Serkayın İlaydanın əlindən öpməsi onların gizli eşq yaşadığını üzə çıxarıb. 

Qeyd edək ki, İlayda Serkayla sevgili olması haqda xəbərlərə münasibət bildirərkən bunları demişdi:

"Həyatımda heç kim yoxdur və yazılanlar həm ailəmi, həm də məni çox aşındırır. Diqqətimi karyerama köklədiyim bu dövrdə peşəmdən başqa hər hansı bir mövzu ilə gündəmə gəlmək istəmirəm".