Ezgi Mola üzr istəməkdən imtina etdi

Ezgi Mola üzr istəməkdən imtina etdi
1586 dəfə oxunub
  • A-
  • A
  • A+
İpək Ere təcavüz iddiası ilə təqsirləndirilən və 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən Musa Orhanın sərbəst buraxılmasından sonra aktrisa Ezgi Mola Tvitter hesabında etdiyi paylaşıma görə məhkəməlik olmuşdu.

Axşam.az xəbər verir ki, M.Orhanın vəkili E.Molanın "Təcavüzçü şərəfsizi sərbəst buraxan vicdanınızda boğulun. Artıq qanun, xahiş, ümid, istək, dua hər şeyi əlimizdən aldınız. Nə deyim? Ayıb olsun" sözlərinə görə 2 il 4 aya qədər həbs edilməsini və ya üzr istəməsini tələb etmişdi.

Aktrisa üzr istəyini rədd edib. Onun bu addımı sosial şəbəkədə alqışla qarşılanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə "Ezgi Mola Yalnız Değildir" həştəqi ilə aktrisaya dəstək olan 16 məşhur sima da məhkəməlik olub.