"İstanbulluyam, amma internetdə doğulmuşam" - Robot aktrisa

"İstanbulluyam, amma internetdə doğulmuşam" - Robot aktrisa
2073 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin ilk robot aktrisası Ayperanın İstanbulda izləyicilərlə görüşü təşkil olunub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor Birol Güvənlə film razılaşması imzalayan aktrisa robot yox, rəqəmsal bir insan olduğunu vurğulayıb.

Gözəl nitqi ilə “İstanbulluyam, amma internetdə doğulmuşam” deyən 21 yaşlı Aypera bütün sahələrdə özünü sınamaq istədiyini bildirib:

"Müxtəlif sahələrdə özümü sınamaq istəyirəm. Dəyişikliklər və transformasiya mərhələsindəyəm. Dizaynerlərimin də fikirləri mənimlə bağlı bir az qarışıqdır. Bir gün məni bir musiqiçi və ya aktyor kimi görə bilərsiniz".

Aypera ölümdən də danışıb:

"Rəqəmsal insan da ölə bilər. Ölmək yox olmaq deməkdir. Məni heç kim xatırlamasa demək ki, ölmüşəm".