Şahzadə Harri və Meqanın ikinci övladı dünyaya gəlib

Şahzadə Harri və Meqanın ikinci övladı dünyaya gəlib
1208 dəfə oxunub
  • A-
  • A
  • A+
Şahzadə Harri ilə aktrisa həyat yoldaşı Meqan Marklın ikinci övladı dünyaya gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Kaliforniyada yaşayan cütlüyün iyunun 4-də qızı olub. Ana və körpənin vəziyyəti yaxşıdır.

Onlar uşağa Böyük Britaniya kraliçası II Elizabetin (məhdud ailə dairəsində onu Lilibet deyə çağırırlar) və Harrinin anası şahzadə Diananın şərəfinə Lilibet Diana adını veriblər.

Qeyd edək ki, Harri və Meqan Marklın bir oğlu da var.