Sevgilisinə yaxın olmaq üçün yeni ev axtarır

Sevgilisinə yaxın olmaq üçün yeni ev axtarır
864 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cennifer Lopes yenidən eşq yaşadığı Ben Afflekə yaxın olmaq üçün yeni ev alır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, CeyLo yeni evini Los-Ancelesdə axtarır. Müğənni əvvəl keçmiş sevgilisi Aleks Rodrigeslə birlikdə Mayamidə qalırdı. okean sahilində olan evin dəyəri 40 milyon dollardır.

Xatirələrindən uzaq qalmaq üçün Cennifer artıq o evdən köçmək qərarı alıb. Lopesin Kaliforniyada dəyəri 28 milyon dollar olan evi var. Sevgilisi Afflek isə Los-Ancelesdə başqa bir şəhərdə yaşayır. Brentvuda köçmək üçün ifaçı yeni malikanələrin fotolarına baxır.