Türkiyədə yoluxma sayı artdı

Türkiyədə yoluxma sayı artdı
584 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 86 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 609 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 5 836 nəfər sağalıb, ağır xəstə sayı isə 1 044 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 300 236 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 173 186 nəfər sağalıb, 48 341 nəfər isə ölüb.