Ağadadaş Ağayev yenə əməliyyat olundu

Ağadadaş Ağayev yenə əməliyyat olundu
1292 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Ağadadaş Ağayev ötən gün üçüncü dəfə əməliyyat olunub.

Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat  çəkib. Aparıcı Hacı Nuran Hüseynov Ağayevin yaxşı olduğunu bildirib:

"Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti də qənaətbəxşdir".

Qeyd edək ki, müğənni uzun müddətdir Türkiyədə müalicə alır.