Müğənninin maşını oğurlandı

Müğənninin maşını oğurlandı
761 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murad Kekilli ata yurdu Adanaya gedərkən avtomobili xarab olub yolda qalıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, lüks cip başqa maşının köməkliyi ilə ustaya götürülüb. Gecə yarısı sexə girən oğrular ifaçının maşınını oğurlayıblar. 500 metr gedəndən sonra maşın yenidən xarab olub. Oğrular avtomobili yolda qoyub qaçıblar.

Avtomobili yolda tapan polislər nömrədən onun Murada aid olduğunu tapıblar. Polisdən maşınını təslim alan Kekilli "10 gün əvvəl ata yurduma gəldim. Əvvəl maşınımın motoru xarab oldu, sonra oğurlandı. Bunları başa düşdüm, amma suları kəsməyin" deyə, şikayət edib.