Türkiyədə yoluxanların son statistikası

Türkiyədə yoluxanların son statistikası
381 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 87 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 454 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 6 647 nəfər sağalıb, ağır xəstə sayı isə 1 018 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 306 690 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 179 833 nəfər sağalıb, 48 428 nəfər isə ölüb.