Qayda ləğv edilsə də, təyyarədə sərnişinlərdən tələb olunur

Qayda ləğv edilsə də, təyyarədə sərnişinlərdən tələb olunur
1277 dəfə oxunub
  • A-
  • A
  • A+

"TƏBİB-ə sual vermək istərdim ki, bu sənəd kimə lazımdır? Kim qayıdandan sonra 14 gün evdə oturur? TƏBİB rəhbərləri və onların yaxınları maaşlarına müvafiq olmayan qlamur kurortlardan qayıdanda bu sənədə imza atırlarmı? Atırlarsa, 14 gün evdə otururlarmı? Otururlarsa, mən də oturum, oturmurlarsa, digərləri niyə oturmalıdırlar?".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-bloger Azər Qərib sosial şəbəkədə yazıb. O bildirib ki, qanunla ləğv edilsə də, hələ də Azərbaycana uçan təyyarələrdə sərnişinlərə “Özünütəcrid barədə bəyannamə” forması verilir:

"Aydın məsələdir ki, nə onlar, nə mən 14 gün evdə oturası deyilik, çünki məntiq yoxdur. Vaksin edən də imza atır, immuniteti olan da, test verən də, hamısı da anlayır ki, bu, formal bir sənəddir. Axı bu formal sənədə tonlarla kağız gedir! Həmin sənədi çap edib dövlətə od qiymətinə satan və bundan varlananlardan başqa kimə lazımdır bu mənasız sənəd? Məni heç məsuliyyətə cəlb etmək də mümkün deyil, çünki gələndə üzünə baxan da olmur sənədin, tələb edən də, bəs onda kimin marağlarına xidmət edir bu açıq-aşkar pul silmə mexanizmi?".

A.Qərib paylaşımını daha sonra silib.

Qeyd edək ki, hələ iyunun 2-dən etibarən Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib. Belə ki, həmin tarixdən etibarən artıq Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılara “Özünütəcrid barədə bəyannamə” ilə bağlı qoyulan tələb ləğv olunub və həmçinin COVID-19-a dair PCR test arayışı tələb olunmur.