Fahriyə "Masumlar apartmanı"nda olmayacaq

Fahriyə "Masumlar apartmanı"nda olmayacaq
1488 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Fahriyə Evcen ötən gün restorandan çıxarkən görüntülənib.

Axşam.az xəbər verir ki, aktrisa "Masumlar apartmanı" serialında rol alması ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib:

"Elə bir şey yoxdur, yalan xəbərdir. Haradan belə bir şayiə yayıldı, biz də bilmədik".

Qeyd edək ki, Fahriyənin seriala vida edən Farah Zeynəb Abdullahın yerinə gəldiyi bildirilmişdi.