Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
408 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 96 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 408 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 6 895 nəfər sağalıb, ağır xəstə sayı isə 1 009 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 313 098 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 186 728 nəfər sağalıb, 48 524 nəfər isə ölüb.