Axşam.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Səhər mərkəzi" proqramında deyib. O, stilist Elnur Həsənovla işbirliyindən danışıb. Gülay özünə qoyduğu qadağalardan söz açıb:
"Elnura inamım var. İnam varsa, işin sonu yaxşı bitir. Elnur bilir ki, açıq-saçıq geyinmirəm, çərçivələrim var. Öz istəklərim fikirlərim hər zaman var.
Hər kəsin özünün seçdiyi peşə, addım var. Bir də qismət var. Filankəs gəldi, partlayış etdi... Etdi etdi. Xanım olaraq özümə özgüvənim o qədər var ki... Bunu yaxınlarım da bilir. Sosial şəbəkədə nəyəsə baxıram, xoşum gəlirsə, sona kimi baxacam, gəlməsə yox. Yaxınlaşdırım, qüsur axtarım etmirəm".