İmtahanların nəticəsi açıqlandı

İmtahanların nəticəsi açıqlandı
1592 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 9-10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Axşam.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan nəticələri saat 20:39-dan etibarən Mərkəzin saytına yerləşdirilib.

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 43638 nəfərdən 762 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün yeddi nəfərin nəticəsi ləğv olunub.