"Xəyanəti gördüm, sevdim, uduzdum"

"Xəyanəti gördüm, sevdim, uduzdum"
4247 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Aysel Əlizadə sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ad günü olan sənətçi ürək sözlərini paylaşıb. Aysel xəyanət gördüyünü də etiraf edib:

"Nə yaxşı ki, o yollardan keçdim: xəyanəti gördüm, sevdim, uduzdum. Məni mən edən hər şeyə, yaxşı və pisi ilə bərabər təşəkkür edirəm. Mən artıq bunlarla bərabər mənəm. Bütün yorulduqlarıma rəğmən həyat hələ də çox gözəldir. Yaşamaq daim vecimdə, istəyimdə olacaq. Xoş gəldin yeni yaşım, yeni ilim, səndən arzularımın gerçək olmasını istəyirəm".