"Səidə ilə elə görüşməsək yaxşıdır"

"Səidə ilə elə görüşməsək yaxşıdır"
2971 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Çinarə Əliyeva ilə müğənni Səidə Sultan arasında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, hər gün bir gəzib-dolanan rəfiqələr küsülüdür. Bunla bağlı "MTV"yə açıqlama verən Çinarə onu bağışlamayacağını söyləyib:

"Bəzən insana çox yaxın olanda əyri-əskikliklər görürsən. Düşündüm ki, uzaq olsam yaxşıdır. Həyat imicimi dəyişdim, xətrini çox istəyirəm. Amma görüşməsəm yaxşıdır. Qüsurunu deyirsən, səni düzgün qarşılamır. Sənə aqressiv yaşanır. Yaxınını başa düşmürsə, yollarımızı ayırmalıyıq. Bir-birimizi izləmədən çıxarmışıq. Bəzi məqamlar var ki, buradan deyə bilmərəm. Kişi kimi qızdır, mərddir, amma... Mənim də səhvlərim olub, yaxın biri nəsə deyirsə, qəbul edirəm. Belə daha yaxşıdır. Kinli insanam, heç nəyi unutmuram".