Hamiləliyini öyrənmək üçün 20 dəfə test etdi

Hamiləliyini öyrənmək üçün 20 dəfə test etdi
1305 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Emili DiDonato ana olmağa hazırlaşır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hamilə olduğundan şübhələnən model 20 dəfə test etdirib.

Fərqli markaların testlərini alan Emili əmin olmaq üçün bu addımı atdığını bildirib. O, həyat yoldaşı Kil Petersona qız övladı bəxş edəcəyini söyləyib. 

"Yorğun olduğum bir gün şkafda olan hamiləlik testini etdim. İçimdə pozitiv olacağı ilə bağlı qəribə hiss var idi. Nəticəni görəndə özümü bir filmin içindəki kimi hiss etdim. Gedib 20 fərqli markanın testini aldım. Ondan sonra inandım" deyə, model söyləyib.