Axşam.az xəbər verir ki, bu sözləri model Səmra Hüseynova aktrisa Pərvin Abıyevanın ünvanına deyib. O, bir vaxtlar yaxın rəfiqə olduğu Pərvinlə küsmələrinin səbəbini açıqlayıb:
"Pərvinlə əlaqə yoxdur, ola da bilməz. Bir rəfiqəsi xəstələnib, 3 ay yataqda qaldı. Gedib onla-bunla klublarda əylənirdi, rəfiqəsinin yanına gəlmədi. Onda o insan insan sayılmır. Yanıma gəlmədiyi, anama əl qaldıran insanla dostluq etdiyi üçün onu silmişəm. Həqiqət budur. Kim kimi geri çevirib hamı bilsin. Dəfələrlə zəng vurub yalvarıb da, vecimə almamışam".